• çərşənbə, 24 Aprel, 05:36
  • Baku Bakı 14°C

Əli Həsənov: “Reket jurnalistlərə mənzil verilməyəcək”

11.07.13 13:16 1427
Əli Həsənov: “Reket jurnalistlərə mənzil verilməyəcək”
“1998-ci ildən 2007-ci ilə qədər Azərbaycan mediası sözün əsl mənasında bərkə-boşa düşərək bugünkü mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev mətbuata dövlət dəstəyini şəffaflaşdırdı və qanuniləşdirdi. 2008-ci ilə qədər mediaya dəstək var idi. Amma cibdən-cibə, qeyri-şəffaf idi. Bu meyarlar medianın xeyrinə deyildi”.
Lent.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Jurnalistlərinin VI qurultayında çıxışında bildiirb. Ə. Həsənov qeyd edib ki, 2008-ci ildə qəbul olunan Medianın İnkişafına Dövlət Dəstəyi Konsepsiyası və onun əsasında yaradılan fond medianın inkişafına xidmət edir: “Kimsə deyə bilməz ki, Fondun fəaliyyəti ilə mediaya təzyiq mexanizmi var. Fond reket mətbuat istisna olmaqla, hər bir mətbuat orqanına fəaliyyət istiqamətlərinə, yayılma arealına görə dəstək verir. Bu gün də dövlət siyasətinin və ölkə prezidentinin media siyasətinin əsas mahiyyəti azad medianın dairəsini getdikcə genişləndirmək, medianı siyasiləşdirməkdən çəkindirmək, kiminsə hakimiyyətə gəlməsində vasitə olmasına imkan verməməkdən ibarətdir. Medianın konsepsiyası abad Vətən, nizam-intizamlı hökümət, dövlətin və hər bir vətəndaşın maraqlarının qorunması olmalıdır. Eyni zamanda dövlətin maraqlarını qorumaq lazımdır”.
PA rəsmisi Mətbuat Şurasının fəaliyyəti haqqında da danışıb. Ə. Həsənov bildirib ki, MŞ bütün ölkə mətbuatının seçimi əsasında formalaşan yeganə qurumdur: “Biz də bu qurumu tanıyırıq. Mətbuat Şurası jurnalistlərin seçkili orqanıdır. Jurnalistlərlə bağlı qərarları siz verirsiniz, dövlət olaraq biz də buna sayğı ilə yanaşırıq. Dövlət də Mətbuat Şurasının müraciət etdiyi bütün məsələləri müzakirə edir. Məsələn, dünən Nicat Dağların səhhətindəki problemlə bağlı MŞ-nın müraciəti dərhal müsbət dəyərləndirildi. Bundan başqa, dəfələrlə həbsdə olan, probemlərlə qarşılaşan jurnalistlərin müraciətləri müsbət həll olunub. Çoxlu sayda məhkəmə proseslərinin qarşısı alınıb. Əgər bir quruma son iki ildə 3500-dən çox müraciət daxil olubsa, bu təşkilat fəaliyyət göstərir və cəmiyyətdə öz yerini tapıb. Belə olan tədqirdə MŞ-nı mediamızın ümumi orbitinə çevirmək lazımdır”.
Ə. Həsənov qeyd edib ki, artıq reket medianın dairəsi daralıb: “Əvvələr müstəqil mətbuatı saymaq çətin idisə, indi reket medianı saymaq çətinləşib. Artıq reket mediaya meydan yoxdur. Jurnalsitlərə paylanacaq mənzillərin heç biri reket jurnalistlərə verilməyəcək. Belə şəxslər siyahıya düşə də bilməz. Çünki MŞ-nın nüfuzunu qorumalıyıq. Reket jurnalistikanın axırına çıxmaq həm də mətbuata lazımdır. Bu, vicdanlı jurnalistlərin başı dik gəzməsi üçün lazımdır. İnanın, hörmətli jurnalistlərimizin bir çoxu məclislərdə jurnalist olduğunu deməyə bəzən çəkinirılər. Çünki reket jurnalistlər hörmət yeri qoymamışdılar. İri-xırdalı bütün müəssisələrə daxil olub, onları təhdid ediblər. Amma vaxti ilə belə olmadığını hamımız bilirik. Biz bu mərhələyə yaxınlaşırıq. Bunun üçün hər birinizin dəstəyinə ehtiyacımız var”.
O deyib ki, MŞ-nın təqdimatı olmayan heç bir jurnalist ev almayacaq: “Əlbəttə, hər qəzet 3 nəfərin namizədliyini verib. Lakin bu mərhələdə hər üç namizədə ev verilməyəcək. Ən çox haqqı, xidməti olan jurnalistlər növbəliklə evlə təmin olunacaqlar. Bu evlərin verilməsi peşənizə məsuliyyətli olmaqdan başqa heç bir öhdəlik qoymur. Ev verdiyimiz jurnalistdən tələb olunmayacaq ki, sizə mənzil verildiynə görə İlham Əliyevi tərifləyin, müxallifəti pisləyin. Jurnalistlik misssiyasını sizə biz verməmişik və biz də müəyyən etmirik. Biz hakimiyyət olaraq, medianın inkişafına hər cür dəstək verəcəyik, amma hər şey sizdən asılıdır”.
banner

Oxşar Xəbərlər