• cümə, 19 Aprel, 20:14
  • Baku Bakı 24°C

Əli Həsənov: "Onların qəhrəmanlığı və rəşadəti xalqımızın xatirəsində daim yaşayacaqdır"

02.04.20 11:37 1050
Əli Həsənov: "Onların qəhrəmanlığı və rəşadəti xalqımızın xatirəsində daim yaşayacaqdır"
Professor: "Qəhrəman döyüşçülərimiz 2016-cı ilin aprel ayındaxalqımıza qürurverici qələbə sevinci yaşadıblar"
"2016-cı ilin aprel ayınin ilk dörd günü Azərbaycan ordusunun işğalçı erməni hərbi birləşmələri üzərində qazandığı Şanlı Qələbə səhifəsi kimi tariximizə həkk olunub. Həmin günlərdə Milli Ordu hissələrimizErmənistan silahlı qüvvələrinin davamlı təxribatlarına cavab olaraq uğurlu əks-hücum əməliyyatı ilə düşməni torpaqlarımızdan qovaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan 2000 hektardan çox ərazisini azad etmiş və tam nəzarətə götürmüşdür".
Bu barədəAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov "Facebook" profilində yazıb.
O qeyd edib ki, qəhrəman döyüşçülərimiz 2016-cı ilin aprel ayında23 ildən sonra ilk dəfə xalqımıza qürurverici qələbə sevinci yaşadıblar: "Bu şanlı qələbə Prezident İlham Əliyevin söylədiyi kimi "dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdi”.Təəssüflər olsun ki, bütün döyüşlərdə olduğu kimi, aprel əməliyyatında da itkisiz ötüşmək mümkün olmadı. Milli Ordumuz həmin günlərdə həm də şəhidlər verdi.Bu gün dövlətimiz və xalqımız şanlı aprel döyüşlərimdə şəhid olmuş qəhrəman əsgər və zabitlərimizi böyük sevgi və ehtiramla yad edir. 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" rürbəsi ilə təltif edilmişdir. Şəhidlərimiz üçün ən böyük mükafat isə məncə bütöv bir xalqın qəlbini fəth etmələri və milli hafizəmizdə daim yaşamalarıdır.Nur içində yatsın bütün şəhidlərimiz, onların qəhrəmanlığı və rəşadəti xalqımızın xatirəsində daim yaşayacaqdır!"
Alpər TURAN
banner

Oxşar Xəbərlər