• cümə, 29 Mart, 16:48
  • Baku Bakı 14°C

Əli Həsənov: "Mən çox istərdim ki, hər bir azərbaycanlı ədaləti və reallığı danan "məşhur ssenarist"ə münasibət bildirsin"

23.05.18 15:37 3038
Əli Həsənov: "Mən çox istərdim ki, hər bir azərbaycanlı ədaləti və reallığı danan "məşhur ssenarist"ə münasibət bildirsin"
"Mən çox istərdim ki, hər bir azərbaycanlı bu yazı ilə tanış olsun və təkcə milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini deyil, həm də adi insani keyfiyyətlərini itirərək haqqı, ədaləti və reallığı danan bu "məşhur ssenarist"ə münasibət bildirsin".
APA-nın məlumatılna görə, bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiriƏli Həsənov"Facebook" səhifəsində ssenari müəllifi Rüstəm İbrahimbəyov olan "Qafqaz triosu" filmi ilə bağlı yazıb.
Ə. Həsənov film haqqında yazdığı məqalədə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyinə görə kinorejissor Ayaz Salayevə dərin təşəkkürünü bildirib.
banner

Oxşar Xəbərlər