• çərşənbə axşamı, 23 aprel, 11:27
  • Baku Bakı 20°C

Əli Həsənov jurnalistlərə veriləcək evdən danışıb - açıqlama

03.06.13 15:15 1744
Əli Həsənov jurnalistlərə veriləcək evdən danışıb - açıqlama
«Azərbaycanda jurnalistlərə olan diqqət, qayğı dünyanın heç bir ölkəsində yoxdur». Bu barədə İctimai televiziyanın «Aktual» proqramının qonağı olmuş Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O, həmçinin qeyd edib ki, ölkə Prezidentinin sərəncamı ilə jurnalistlər üçün tikilmiş iki bloklu, 17 mərtəbəli bina yaxın aylarda istifadəyə veriləcəkdir.
Evlərin paylanması meyarlarına da toxunan şöbə müdiri hakimiyyət olaraq bu məsələyə mümkün qədər az müdaxilə etməyə çalışdıqlarını söyləyib: «Hakimiyyət olaraq bu evlərin paylanmasında çətinlik çəkirik. Lakin, əlbəttə ki, bu mənzillər cənab Prezident tərəfindən bəlli bir miqdarda jurnalistə veriləcəkdir. O insanlara ki, onlar Azərbaycan jurnalistikasında həqiqətən önəmli xidmət göstərmişlər, bütün həyatlarını jurnalistikaya həsr etmişlər və hazırda evə ehtiyacları vardır və s.».
Ə.Həsənov prosesdə Mətbuat Şurası və redaksiyaların rolunun əhəmiyyətini vurğulayıb: «Ümumilikdə hesab edirik ki, bu evlərin paylanmasını Mətbuat Şurası və redaksiyalar həll etsinlər. Redaksiyalar, redaktorlar hansı jurnalistin ev almağa daha çox layiq olduğunu, daha çox xidməti olduğunu hesab etsələr bu barədə öz tövsiylərini versinlər. Bu tövsiylər isə ümumiləşmiş formada Prezident Administrasiyasına göndərilsin. Məhz bunun əsasında cənab Prezidentə məruzə olunacaqdır. Sonda isə cənab Prezident özü müvafiq qərarı qəbul edəcəkdir».
Təvəkkül
banner

Oxşar Xəbərlər