AZE | RUS | ENG |

Əli Həsənov: İran-Azərbaycan sərhədinin 132 kilometri bizim nəzarətimizdə deyil

Əli Həsənov: İran-Azərbaycan sərhədinin 132 kilometri bizim nəzarətimizdə deyil
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində İran-Azərbaycan sərhədinin 132 kilometri bizim nəzarətimizdə deyil. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Həsənov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransına həsr olunmuş mətbuat konfransında deyib. Baş nazirin müavini Azərbaycanın işğal olunmuş ərazilərində narkotiklərin qanunsuz dövriyyəsi haqqında danışarkən qeyd edib: "Bu ərazilər erməni silahlı bölmələri tərəfindən işğal edilb. Erməni işğalındakı torpaqlar çox münbitdir. Orada narkotik bitkilər becərilir, bunun üçün laboratoriyalar inşa edilib". Ə.Həsənov vurğulayıb ki, məsələ ilə bağlı sənədlər BMT-nin Vyana ofisinə təqdim olunub. Bundan sonra monitorinq qrupu yaradılıb, lakin Ermənistan həmin qrupu işğal etdiyi ərazilərə buraxmayıb. Baş nazirin müavini mətbuat konfransında Bakıda apteklərdə psixtrop tərkibli dərmanların satılması ilə bağlı sualı cavabında isə deyib ki, bunun qarşısı almaq üçün ciddi tədbirlər görülüb və bu gün elə bir şey mümkün deyil. Ə.Həsənov qeyd edib ki, əvvəllər belə hal qeydə alınsa da, bu gün həmin faktlara rast gəlinmir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9068
GEL 1 1 Gürcüstan larisi 0.6301
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1994
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6663
KWD 1 1 Küveyt dinarı 5.5873
TRY 1 1 Türkiyə lirəsi 0.2906