• cümə, 19 Aprel, 13:49
  • Baku Bakı 25°C

Əli Həsənov gənc alimlərə səsləndi: “Problemlərinizdən xəbərdarıq”

10.07.13 14:13 1247
Əli Həsənov gənc alimlərə səsləndi: “Problemlərinizdən xəbərdarıq”
“Sosial problemlərin yaşanmadığı cəmiyyət yoxdur. Sadəcə bəzisində bu, az, bəzisində çoxdur. Lent.az-ın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu gün AMEA-da gənc alimlərin ümumi yığıncağında deyib. O qeyd edib ki, alimlərin maaşının az olması problemli dünyanın istənilən ölkəsində mövcuddur.
“Hesab edirsiz ki, ABŞ-ın özündə orta məktəbdə dediyi dərslə aldığı maaşla dolanırmı? Əlbəttə ki, yox. İngiltərəyə gedən tələbələrimiz danışırlar ki, orada müəllimlər adi insanlardan daha ucuz siqaret çəkirlər, çünki buna maddi imkanları yoxdur”.
Administrasiya nümayəndəsi alimlərin maaşlarından da danışıb. O bildirib ki, bu kimi problemlər dövlətə məlumdur: “Maaşlarınızın azlığı, bəzilərinizin yataqxanada qalmağı, bir qisminizin maddi problemlərə görə ailə qura bilməməyinin dövlətə bəlli olmadığını zənn edirsizsə, səhv edirsiz. Bu barədə dövlətə bəllidir. Amma dövlət on milyon əhalinin qayğısını eyni zamanda həll etmək gücündə deyil. Ailədə olduğu büdcədən nəyə pul xərcləməyinin daha önəmli olduğuna qərar verildiyi kimi, dövlətdə də dövlət siyasətinə uyğun olaraq buna qərar verilir”.
banner

Oxşar Xəbərlər