• cümə axşamı, 25 aprel, 05:46
  • Baku Bakı 19°C

Əli Həsənov: Cocuq Mərcanlıda qeydiyyatda olan ailələrdən 200-dən çoxu öz evlərinə qayıtmaq arzusunda olduqlarıını bildiriblər

04.05.17 11:40 1126
Əli Həsənov: Cocuq Mərcanlıda qeydiyyatda olan ailələrdən 200-dən çoxu öz evlərinə qayıtmaq arzusunda olduqlarıını bildiriblər
Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır. Respublikanın 17 şəhər və rayonunda müvəqqəti məskunlaşmış həmin ailələrdən 200-dən çoxu müraciət edərək geriyə -öz evlərinə qayıtmaq arzusunda olduqlarıını bildiriblər.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, YAP sədrinin müavini Əli Həsənov "Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.
Ə.Həsənov qeyd edib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin tam həlli onların öz əzəli ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması ilə bilavasitə bağlıdır.
Onun sözlərinə görə, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe səbəbindən münaqişənin həlli uzanır: "Lakin məcburi köçkünlər gələcəyə inamla baxır, ümidlə yaşayırlar. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun düşmənin növbəti təxribatına layiqli cavab verməsi, mühüm Lələtəpə yüksəkliyini qaytarması, torpaqlarımızı azad etməyə qadir olması bu inamı daha da artırıb”.
banner

Oxşar Xəbərlər