• şənbə, 20 Aprel, 16:29
  • Baku Bakı 23°C

Azərbaycan BMT-də islahatların aparılması ideyasını dəstəkləyir

16.03.17 17:57 861
Azərbaycan BMT-də islahatların aparılması ideyasını dəstəkləyir
Azərbaycan BMT-də islahatların aparılması ideyasını dəstəkləyir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov V Bakı Qlobal Forumunda "Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq edilməlidir?” panelində çıxışı zamanı deyib.
Ə.Həsənov qeyd edib ki, müasir dövrdə beynəlxalq münasibətlərin formalaşmasında, geosiyasi proseslərin tənzimlənməsində beynəlxalq təşkilatların üzərinə mühüm vəzifə düşür:
"Dünya siyasətində aparıcı qurumların rolu və mövqeyi ilə bağlı yeni yanaşmalar meydana çıxır. BMT-nin münaqişələrin həllinə ikili standartlar mövqeyindən yanaşması təəssüf doğurur. BMT-nin münaqişələrin aradan qaldırılması ilə bağlı məsələyə eyni mövqedən yanaşmaması dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə qarşılanmır. Təşkilat qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə eyni münasibət göstərmir ki, bu da təşkilatın nüfuzuna böyük zərbə vurur, BMT-yə olan inam getdikcə azalır".
Prezidentin köməkçisi əlavə edib ki, BMT Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsində qətiyyətli mövqe nümayiş etdirmir: "Məsələn, Liviya ilə bağlı qətnamələr dərhal yerinə yetirilsə də, Dağlıq Qarabağla bağlı qətnamələr 25 ildir yerinə yetirilmir. Ədalətli fəaliyyət məqsədilə təşkilatda köklü dəyişikliklərin aparılmasına ciddi zərurət yaranır".
Ə.Həsənov bildirib ki, Azərbaycan dünyanın bütün regionlarında münaqişələrin aparılması üçün, sülhün bərqərar olması üçün BMT-də islahatların aparılması ideyasını dəstəkləyir: "İslahatların aparılması Dağlıq Qarabağla bağlı 4 qətnamənin yerinə yetirilməsi üçün əlverişli imkanlar yarada bilər. Bu gün dünyada dövlətlərin gücü və beynəlxalq qanunlar arasında balansın tapılması dünyanın xilası deməkdir".
banner

Oxşar Xəbərlər