AZE | RUS | ENG |


Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini ədalətsiz hesab edir

Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini ədalətsiz hesab edir
"Azərbaycan dövləti siyasətini öz xalqının maraqları üzərində qurur. Bizim üçün əsas Azərbaycan xalqının, Azərbaycan ictimaiyyətinin rəyidir. Əlbəttə, beynəlxalq təşkilatlar bu və ya digər məsələlərə münasibət bildirir, bu onların işi, onların mövqeyidir".
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı iyunun 15-də qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
 
Ə. Həsənov qeyd edib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə ədalətsizlik var və buna Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov tərəfindən münasibət bildirilib: "Parlament sədrinin 1-ci müavini Ziyafət Əsgərov tərəfindən qətnaməyə münasibət bildirilib. Bu münasibəti yetərli hesab edir, bundan artığına biz ehtiyac görmürük".





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1952
TRY 1 Türk lirəsi 0.4837
KWD 1 Küveyt dinarı 5.6346
SEK 1 İsveç kronu 0.2108
EUR 1 Avro 2.0035
CHF 1 İsveçrə frankı 1.7632
USD 1 ABŞ dolları 1.7008