• cümə axşamı, 25 aprel, 00:04
  • Baku Bakı 19°C

Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini ədalətsiz hesab edir

19.06.17 14:07 1029
Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini ədalətsiz hesab edir
"Azərbaycan dövləti siyasətini öz xalqının maraqları üzərində qurur. Bizim üçün əsas Azərbaycan xalqının, Azərbaycan ictimaiyyətinin rəyidir. Əlbəttə, beynəlxalq təşkilatlar bu və ya digər məsələlərə münasibət bildirir, bu onların işi, onların mövqeyidir".
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiriƏli HəsənovAvropa Parlamentinin Azərbaycanla bağlı iyunun 15-də qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
Ə. Həsənov qeyd edib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə ədalətsizlik var və bunaMilli Məclissədrinin birinci müaviniZiyafət Əsgərovtərəfindən münasibət bildirilib: "Parlament sədrinin 1-ci müaviniZiyafət Əsgərovtərəfindən qətnaməyə münasibət bildirilib. Bu münasibəti yetərli hesab edir, bundan artığına biz ehtiyac görmürük".
banner

Oxşar Xəbərlər