• çərşənbə axşamı, 23 aprel, 11:19
  • Baku Bakı 20°C

Əli Əliyev: Rüstəm İbrahimbəyov Azərbaycan siyasətində Moskvanın ötürücüsü kimi lazım idi

28.12.13 12:34 1414
Əli Əliyev: Rüstəm İbrahimbəyov Azərbaycan siyasətində Moskvanın ötürücüsü kimi lazım idi
Milli Şuradan istefalar gözlənilən idi, çünki fəaliyyətin nəticəsi yoxdu. Bu barədə Trend-ə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyindən imtinasına və qurumdakı digər istefalara münasibət bildirərkən deyib.
Ə.Əliyev bildirib ki, bir qədər əvvəl fəxri sədrliyə razılıq vermiş Rüstəm İbrahimbəyov indi tamamilə prosesdən kənarlaşmaq istəyir: "O, Azərbaycan siyasətində Moskvanın ötürücüsü kimi lazım idi. Görünür orada Rüstəm İbrahimbəyovun lazımlılıq dərəcəsi enib və bu baxımdan siyasətdə qalması məqsədəuyğun hesab edilməyib".
Bundan sonra Milli Şuranın perspektivi məsələsinə toxunan Ə.Əliyev qeyd edib ki, proseslər rəqabət fonunda davam edəcək: "Əvvəl Milli Şura yox, İctimai Palata mövcuddur, ondan da əvvəl iki partiyanın gözə görünməyən rəqabəti var. O rəqabət fonunda proseslər davam edəcək".
Ə.Əliyev əlavə edib ki, indi o iki partiya çalışırlar digərlərini də Milli Şuradan çıxarsınlar: "Onsuz da orada hər bir məsələni iki partiya həll edir və əslində digərlərinin orada olması görüntü xarakteri daşıyır, yaxud da ki, diqqəti özlərindən kənarlaşdırmaqdır".
banner

Oxşar Xəbərlər