• cümə axşamı, 25 aprel, 06:03
  • Baku Bakı 14°C

Əli Əhmədov: "Yeni Azərbaycan Partiyası parlament seçkilərində partiya kimi iştirak etmək hüququ qazanıb"

07.01.20 18:53 836
Əli Əhmədov: "Yeni Azərbaycan Partiyası parlament seçkilərində partiya kimi iştirak etmək hüququ qazanıb"
"Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən 123 namizəd Dairə Seçki Komissiyalarında rəsmi qeydiyyata alınıblar. Yeni Azərbaycan Partiyası parlament seçkilərində partiya kimi iştirak etmək hüququ qazanıb".
Bu barədə Baş nazirin müavini,YAP sədrinin müavini - İcra katibi Əli Əhmədov "Facebook" səhifəsində status paylaşıb.
O qeyd edib ki,seçki prosesində iştirak etmək məqsədi ilə DSK-lara müraciət edənlərin sayı 2000 nəfərdən artıqdır: "Deməli, 9 fevral seçkilərinə böyük maraq var və çoxlu sayda namizədlərin irəli sürülməsi, qeydiyyata alınması seçki prosesinin tam demokratik mühitdə həyata keçirilməsindən xəbər verir. Reallıq radikal müxalifətin iddia və yalan təbliğatının əksini göstərir.Partiyamızın fevral ayının 9-da növbəti qələbə qazanacağına inanıram, namizədlərimizə uğurlar diləyirəm".
banner

Oxşar Xəbərlər