• çərşənbə axşamı, 16 aprel, 11:52
  • Baku Bakı 14°C

Əli Əhmədov: Xalq yeni qəhrəmanlarını tanıdı

13.07.20 12:51 435
Əli Əhmədov: Xalq yeni qəhrəmanlarını tanıdı
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün rəsmi "Facebook” səhifəsində iyulun 12-də Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın təxribatının qarşısının alınmasında hərbçilərimizin qəhrəmanlığı haqqında fikirlərini bildirib.
Əli Əhmədov qeyd edib:"Azərbaycan Ordusu, cəngavər əsgərlərimiz azğınlaşmış erməni quldurlarının Tovuz istiqamətində təmas xəttində təxribatlarının qarşısını qəhrəmancasına aldılar, düşmənə layiqincə cavab verdilər. Xalq yeni qəhrəmanlarını tanıdı. Vətən uğrunda həlak olan baş leytenant Rəşad Mahmudovla, çavuş Vüqar Sadıqovla, baş əsgər Elşad Məmmədovla və əsgər Xəyyam Daşdəmirovla qürur duyuruq. Onların qanının yerdə qalmayacağına əminik.
Allah şəhidlərimizə rəhmət etsin!”
banner

Oxşar Xəbərlər