• cümə, 19 Aprel, 21:14
  • Baku Bakı 24°C

Əli Əhmədov: “Təhsil islahatları dərinləşməkdə davam edir”

21.06.18 12:54 981
Əli Əhmədov: “Təhsil islahatları dərinləşməkdə davam edir”
"Son illər Azərbaycanda təhsil islahatları dərinləşməkdə davam edir və bu istiqamətdə görülən işlər öz bəhrəsini verir".
APA-nın xəbərinə görə, bunu baş nazirin müaviniƏli ƏhmədovTəhsil Nazirliyinin hesabat tədbirində çıxışı zamanı deyib.
Əli Əhmədovqeyd edib ki, Azərbaycanda dərin islahatlar həyata keçirilir: "İqtisadiyyatdan tutmuş digər sahələrə kimi biz həyatımızı islahatlardan kənarda təsəvvür etmirik. Təhsil sferası da islahatlar məfhumundan kənarda qala bilməz. İqtisadiyyatla, təhsillə bağlı hədəflərimiz tamamilə aydındır. Azərbaycanda elm, təhsil məhsuldar qüvvənin tərkib hissəsi çevrilməlidir. Təhsilin inkişafı Azərbaycan cəmiyyətinin mədəni səviyyəsinin, iqtisadiyyatın daha yuxarı pilləyə qalxmasına, dövlətin qüdrətinin artmasına gətirib çıxarmalıdır".
banner

Oxşar Xəbərlər