• cümə, 19 Aprel, 21:01
  • Baku Bakı 24°C

Əli Əhmədov rusiyalı jurnalistlərlə görüşüb

09.04.18 14:30 616
Əli Əhmədov rusiyalı jurnalistlərlə görüşüb
Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyasının sədr müavini–icra katibiƏli Əhmədovpartiyanın mənzil-qərargahında Rusiyanın aparıcı KİV nümayəndələri ilə görüşüb.
APA-nın məlumatına görə, mətbuat konfransında Ə. Əhmədov prezident seçkilərinə hazırlıq prosesindən bəhs edərək qeyd edib ki, ötən illər ərzində ölkədə gedən sürətli sosial-iqtisadi inkişaf, əhalinin rifah halının yüksəlməsi, paytaxt və regionların simasının xeyli dəyişməsi və digər amillər sayəsində YAP-ın namizədi olanİlham Əliyevə böyük ictimai dəstək var, həmçinin, yerli və beynəlxalq təşkilatların seçkiöncəsi apardığı rəy sorğularının nəticələriİ. Əliyevin seçkilərdə yüksək səs çoxluğu ilə qalib gəlmək ehtimalını bir daha təsdiqləyir.
Ə. Əhmədov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
banner

Oxşar Xəbərlər