AZE | RUS | ENG |

Əli Əhmədov: Radikal müxalifəti xalq tərbiyəli etməlidir

Əli Əhmədov: Radikal müxalifəti xalq tərbiyəli etməlidir
Radikal müxalifəti xalq tərbiyəli etməlidir. Çünki onlar xalqdan səs gözləyirlər.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Ə.Əhmədov bildirib ki, xalq səsini kimə vermək lazım olduğunu hamıdan yaxşı bilir:
"Mən istərdim ki, radikal müxalifət "Radikal müxalifət" adını öz üzərindən götürsün. Dünyanın hər yerində radikallıqdan həm cəmiyyət, həm xalq, həm də dövlət həmişə ziyan çəkib. Mən istəməzdim ki, Azərbaycanın müxalifətinin hansısa bir hissəsi radikalçı olsun, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi müxalifət dairələri bununla səhvə yol verir”.
Ə.Əhmədov vurğulayıb ki, radikallıq böyük bir nöqsandır: "Bunun aradan qaldırılması Azərbaycan xalqının və vətəndaşlarının üzərinə düşən vəzifədir”.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989