AZE | RUS | ENG |

Əli Əhmədov: "Qondarma soyqırımı sübuta yetirən heç bir fakt yoxdur"

Əli Əhmədov:
Türkiyə və Azərbaycanın qarşısında duran əsas vəzifə erməni yalanlarını dünyaya çatdırmaq üçün birgə işlər görməkdir

Yüz ildən çoxdur ki, bəşəriyyət tarixi bir yalanla üz-üzədir. Bu, qondarma erməni soyqırımıdır. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, bunu yalnız yalan və uydurma sahəsində xüsusi təcrübəsi olanlar edə bilər: "Bu yalanın 100 ildən çox davam etməsi onu göstərir ki, məkrli, iyrənc məqsədlərə xidmət edir. Qondarma soyqırımı sübuta yetirən heç bir fakt yoxdur. Bu yalan həm də ermənilərin qardaş Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək məqsədi ilə bağlıdır. Digər tərəfdən isə Türkiyəyə siyasi təzyiqlərin göstərilməsi, müəyyən hallarda Azərbaycana qarşı bu yalandan istifadə edilməsi ilə bağlıdır. Bu yalana qarşı qoyulmalı olan həqiqətlər isə 100 ildən çoxdur unudulur və bu barədə danışmaq istəmirlər".

Baş nazirin müavini əlavə edib ki, Türkiyənin müxtəlif bölgələrində, Azərbaycanda ermənilər tərəfindən qırğınların törədilməsi, əhalinin kütləvi şəkildə qətlə yetirilməsi, etnik təmizləmə siyasətinin həyata keçirilməsi bu həqiqətin bir hissəsidir: "Nəhayət, Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, bir milyondan artıq insanın etnik təmizləməyə məruz qalması bəşəriyyətin susduğu, haqqında danışmaq istəmədiyi reallıqlardandır”.

O vurğulayıb ki, Türkiyə və Azərbaycanın qarşısında duran əsas vəzifə erməni yalanlarını dünyaya çatdırmaq üçün birgə işlər görməkdir.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045