• cümə axşamı, 25 aprel, 19:54
  • Baku Bakı 21°C

Əli Əhmədov: "Lapşinin gətirilməsi Azərbaycanın siyasi iradəsini ortaya qoyub"

08.02.17 15:10 1116
Əli Əhmədov: "Lapşinin gətirilməsi Azərbaycanın siyasi iradəsini ortaya qoyub"
"Aleksandr Lapşinin ekstradisiyası Azərbaycanın milli maraqlarını qorumaq əzmində olduğunu sübut edən çoxsaylı faktlardan biridir".APA-nın məlumatına görə, bunu bu gün baş nazirin müaviniƏli Əhmədovsöyləyib.
Ə. Əhmədov deyib ki, Azərbaycan dövlət müstəqilliyinə, dövlət maraqlarına qarşı çıxan, bununla da milli qanunvericiliyini, beynəlxalq hüquq normalarını pozan insanlara qarşı həmişə birmənalı mövqeyini ortaya qoyub: "Bu mövqe nəticəsində cinayət törətmiş hər bir şəxsin qanun qarşısında cavab verməsinə nail ola biləcəyik. Azərbaycan dövləti kifayət qədər qətiyyətli siyasi iradə nümayiş etdirə bilir. Lapşinin Azərbaycana gətirilməsi Azərbaycanın siyasi iradəsini, dövlət maraqlarını qorumaq naminə ən cəsarətli addımlar atmaq iradəsini ortaya qoyub".
banner

Oxşar Xəbərlər