• şənbə, 20 Aprel, 20:09
  • Baku Bakı 24°C

Əli Əhmədov: “İslahat strategiyasının ən mühüm istiqaməti təhsildir”

05.05.16 12:20 872
Əli Əhmədov: “İslahat strategiyasının ən mühüm istiqaməti təhsildir”
"Hesab edirəm ki, Azərbaycan prezidenti İlham Əliyevin islahatlar strategiyasının ən mühüm istiqaməti təhsilin üzərinə düşür”.APA-nın xəbərinə görə, bu sözləri baş nazirin müaviniƏli Əhmədov deyib. O bildirib ki, təhsil sahəsində əhəmiyyətli addımlar atılır: "Azərbaycanın gələcəyini parlaq görmək istəyiriksə, Azərbaycan təhsilinivə elmini inkişaf etdirməliyik. Təhsil işçiləri də bu sahədə öz üzərinə düşən məsuliyyəti yaxşı dərk edirlər. Məqsədlərə nail olmaq üçün lazımi addımlar atılır. Şagirdlərin müasir düşüncəli vətəndaşlar kimi yetişməsi üçün təhsil işçiləri əllərindən gələni əsirgəmirlər”.
Ə. Əhmədov qeyd edib ki, bu gün YAP tərəfindən 40 ali məktəb tələbəsinə 50 manat məbləğində təqaüd verilir və gələcəkdə bu sıraya daxil olan tələbələr daha da artacaq.

banner

Oxşar Xəbərlər