• cümə, 29 Mart, 11:22
  • Baku Bakı 5°C

Əli Əhmədov: “İş adamlarını qanunvericiliyin tələblərini pozmamağa dəvət edirik”

30.11.17 12:55 1446
Əli Əhmədov: “İş adamlarını qanunvericiliyin tələblərini pozmamağa dəvət edirik”
"Qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına nail olacağımızaəminik". APA-nın məlumatına görə, bunu bu gün baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədriƏli Əhmədov"Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın icrası ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Ə. Əhmədov deyib ki, indiyə qədər Əmək Müfəttişliyi qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində çalışıb: "Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası bu ildən bu istiqamətdə fəaliyyət göstərir. İş adamlarına bir çağırışımız var. Azərbaycan prezidentinin tapşırığı ilə sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılır. Biz iş adamlarımızı qanunvericiliyin tələblərini pozmamağa dəvət edirik. Qeyri-rəsmi məşğulluq ənənələrindən, qara mühasibatlıqdan imtina etsinlər və sahibkarlıq fəaliyyətlərini qanunvericiliyə uyğun həyata keçirsinlər. İşləyən insanlardan da xahişimiz odur ki, əmək münasibətlərini rəsmiləşdirsinlər. Bu, onların sosial və əmək hüquqlarının qorunması üçün vacibdir. Bu insanlar ilk növbədə gələcəkdə pensiya hüququna malik olmaları üçün əmək münasibətlərini rəsmiləşdirməlidirlər. Sahibkarların və işləyən insanların, mətbuatın səyi ilə biz bu problemin aradan qaldırılmasına nail ola bilərik. Mətbuatın qeyri-rəsmi məşğulluğun olduğu yerlərin üzə çıxarılmasında böyük rolu ola bilər".
banner

Oxşar Xəbərlər