AZE | RUS | ENG |

“Ermənistan prezidentinin Dağlıq Qarabağa səfəri qanunsuzdur”

“Ermənistan prezidentinin Dağlıq Qarabağa səfəri qanunsuzdur”
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, baş nazirin müavini Əli ƏhmədovErmənistan prezidentinin Dağlıq Qarabağa səfərini qanunsuz adlandırıb və bu qanunsuzluğa görə onun məsuliyyət daşıdığını bildirib.
 
APA-nın məlumatına görə, Ə. Əhmədov deyib ki, Dağlıq Qarabağ müvəqqəti işğal altında olan Azərbaycan torpağı olduğu üçün Ermənistan prezidentinin icazəsiz ora səfəri qanunsuzluqdur: "Bu səfər Minsk qrupunu da hiddətləndirməlidir. Azərbaycanın torpaqlarının geri qaytarılması üçün səylər göstərən, bəyanatlar verən bütün dövlətləri narahat etməlidir. Əks halda, münaqişənin həll olunması üçün yol tapmaq çətin olacaq. Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi birmənalı şəkildə beynəlxalq hüquq tərəfindən qəbul olunur. Belə olan halda Azərbaycanın razılığı olmadan hər hansı  başqa dövlət nümayəndəsinin ərazimizə icazəsiz səfər etməsi qanunsuzdur. Güman edirəm ki, vaxt gələcək, bu qanunsuzluğu törədənlər cavab verməli olacaqlar”.
 
Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan iyunun 13-də işğal altındakı Dağlıq Qarabağa səfər edib.  





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000