AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Əli Əhmədov: Bunlar çoxdan gözlədiyimiz qələbənin ilk müjdələridir

Əli Əhmədov: Bunlar çoxdan gözlədiyimiz qələbənin ilk müjdələridir

Cəmiyyət
27 Sentyabr 2020, 16:06 129
Qəhrəman Azərbaycan Ordusunun zəfər yürüşü davam edir.
 
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
 
Ə.Əhmədov bildirib ki, işğal altında olan bir neçə kəndin düşməndən boşaldılması, vacib mövqelərin ələ keçirilməsi artıq təmin edilib: "Bunlar çoxdan gözlədiyimiz qələbənin ilk müjdələridir. Düşmən layiqli cəzasını alır. Xalq Ali Baş Komandana, qəhrəman Azərbaycan Ordusuna tam dəstəyini ifadə edir. Artıq Bakıda mülki avtomobillərdə Azərbaycan bayraqları dalğalanır. Bu, həm artıq qazanılmış hərbi uğurların sevinci, həm Ordumuza dəstək, həm də daha böyük qələbəyə inam deməkdir. Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!