• şənbə, 20 Aprel, 17:45
  • Baku Bakı 23°C

Əli Əhmədov: "Bu cür bəyanatlar Minsk qrupunun fəaliyyətinə kölgə salır"

15.10.16 15:20 1409
Əli Əhmədov: "Bu cür bəyanatlar Minsk qrupunun fəaliyyətinə kölgə salır"
"ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətin nümayəndəsi tərəfindən belə bir bəyanatın səsləndirilməsi o qədər də yerinə düşmür. Bundan əvvəl ABŞ dövlət katibi tərəfindən də buna bənzər bəyanat səsləndirilmişdi və Azərbaycan hökuməti, ictimaiyyəti bu bəyanata kifayət qədər sərt, ədalətli reaksiya vermişdi".APA-nın məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ciddi irəliləyiş gözləmədikləri barədə bəyanatına münasibət bildirən baş nazirin müaviniƏli Əhmədovdeyib.

Ə. Əhmədov bildirib ki, hər bir Azərbaycan vətəndaşları Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını arzu edir: "Status-kvonun yaxın zamanlarda dəyişdirilməsi bütövlükdə regionda sabitlik, əmin-amanlığın təmin edilməsi üçün ən düzgün yollardan biridir. Münaqişənin həll olunması üçün yaradılmış Minsk Qrupunun həmsədrləri belə bəyanat səsləndirirlərsə, bu, həmin vəzifəni üzərinə götürmüş həmsədrlərin həmin öhdəlikləri yerinə yetirmək iddiasında, gücündə olmadığı anlamına gəlir. Minsk qrupunun kifayət qədər səy göstərdiyini də qeydə etmək istəyirəm. Ancaq bu bəyanatlar fəaliyyət əmsalının üzərinə çox ciddi kölgə salır. Bir tərəfdən bu, ədalət baxımından düzgün yanaşma deyil, digər tərəfdən, Minsk qrupunun fəaliyyətinin səmərəliliyi baxımından məqbul olmayan bir yanaşmadır".
Baş nazirin müavini Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı sənədlərin hazırlandığını, onlara yaxın zamanlarda baxılacağını da diqqətə çatdırıb. Qeyd edib ki,icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar yaxın vaxtlarda pilot layihələr icra olunacaq. Ə. Əhmədovun sözlərinə görə, Yevlax rayonu və Mingəçevir şəhərində icra olunacaq pilot layihələrin nəticələri əsasında bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq.

"Təkliflər hazırlanıb, onlara baxılır, lazım olan ekspertizadan keçirilməlidir. Burada qarşımıza qoyduğumuz iki əsas hədəfimiz var. Birincisi, icbari tibbi sığortanın və tibbi xidmətlərin yüksək səviyyədə təmin edilməsi üçün lazım olan zəruri vəsaitlər toplansın, digər tərəfdən isə bu, vətəndaşların büdcəsində ağır yükə çevrilməsin. Bu iki vəzifənin əlaqələndirilməsi istiqamətində işlər aparılır və hazır olan kimi ictimaiyyət məlumatlandırılacaq”, - deyə o vurğulayıb.
Ə.Əhmədov Azərbaycanda manatın məzənnəsinin dəyişməsi ilə bağlı dərman idxalçılarının Nazirlər Kabinetinə müraciətinə də münasibət bildirib. Deyib ki, bu məsələ artıq müsbət həllini tapıb: "Manatın məzənnəsində müəyyən dəyişiklərlə əlaqədar olaraq problemlər yaranıb. Lakin bu məsələ vaxtında həll edilib. Məzənnədə baş verən dəyişikliklər nəzərə alınmadan, müəyyənləşdirilmiş məzənnə əsasında dərman idxal edən şirkətlər üçün müvafiq dövlət və maliyyə qurumları tərəfindən valyuta ayrılıb ki, onlar sərbəst şəkildə, hər hansı bir çətinlik, maliyyə sıxıntısı hiss etmədən dərmanları Azərbaycana gətirsinlər. Bu, həll olunmuş məsələdir və artıq mexanizm formalaşıb. Arzu edirik ki, bundan sonra manatın məzənnəsində ciddi dəyişikliklər baş verməsin. Baş versə belə, dərman idxalçıları üçün ciddi problem yaranmayacaq. Bu mexanizm artıq formalaşıb”.
banner

Oxşar Xəbərlər