• çərşənbə axşamı, 23 aprel, 21:44
  • Baku Bakı 20°C

Əli Əhmədov: BMT Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrinin həyata keçirilməsi üçün lazımi addımları ata bilməyib

16.03.17 17:56 557
Əli Əhmədov: BMT Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrinin həyata keçirilməsi üçün lazımi addımları ata bilməyib
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sırf BMT-nin mandatında olan məsələdir. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, bu ali qurum həmin sənədlərin icrasına nəzarət etmir. Bu qətnamələr icra olunmayacağı təqdirdə isə hər hansı bir razılaşmanın əldə edilməsi mümkün deyil.
AZƏRTACxəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Əhmədov deyib.
"BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrin qəbul edilməsindən iyirmi il ötüb. Lakin BMT bu sənədlərin həyata keçirilməsi üçün lazım olan addımları ata bilməyib. İyirmi ildən çoxdur ki, bu məsələni ildən-ilə ötürməklə məşğuldurlar. Sonra da bu prosesi ötürdülər ATƏT-ə ki, baxın görün siz nə edirsiniz”, - deyə Əli Əhmədov bildirib.
banner

Oxşar Xəbərlər