• şənbə, 20 Aprel, 04:05
  • Baku Bakı 15°C

Əli Əhmədov: "Azərbaycanda təhsil və səhiyyədə çalışanların 70 faizi qadınlardır"

09.06.17 11:57 1115
Əli Əhmədov: "Azərbaycanda təhsil və səhiyyədə çalışanların 70 faizi qadınlardır"
"Qadınlar siyasi və ictimai sferada yüksək fəallıq nümayiş etdirirlər".
APA-nın məlumatına görə, bunu "Dayanıqlı İnkişaf Məqsədləri: Qadınlar və İnkişaf" mövzusundaBMT-nin Azərbaycandakı nümayəndəliyi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının birgə təşkilatçılığı ilə keçirilən panel müzakirələrdə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müaviniƏli Əhmədovdeyib.
Ə. Əhmədov bildirib ki, bu sahədə durumu yaxşılaşdırmaq müsbət haldır: "Dünyada qadınlar və kişilər arasında bərabərliyin tam təmin olunmadığı məlumdur. Beynəlxalq təşkilatların hesablamalarına görə, dünyada kişilərin 70, qadınların 46 faizi ictimai fəaliyyətə cəlb edilib. Ancaq dünyada bütövlükdə görülən işlərin 2/3-ni qadınlar yerinə yetirirlər. Bura ev təsərrüfatı da daxildir. Qadınların görülən işlərin üçdə ikisini yerinə yetirməsinə baxmayaraq, yaradılan dəyərlərin yalnız 10 faizi qadınlara çatır. Dünyada təhsil almaqdan məhrum olanların üçdə ikisi də qadınlardır.BMT-nin hesablamalarına görə, dünyada hər dəqiqə doğuş zamanı 1 qadın, il ərzində 500 minə qədər qadın həyatını itirir. Gender bərabərliyi təmin olunan ölkələrin əksəriyyəti inkişaf etmiş ölkələrdir. Siyahının əvvəlində Skandinaviya ölkələri gedir. Ən aşağıda inkişaf etməmiş ölkələr gedir. Ancaq bu məntiqin pozulduğu məqamlar da var. Məsələn, yüksək inkişaf etmiş Yaponiya gender bərabərliyinin təmin olunması üzrə siyahıda 114-cü, Cənubi Koreya 116-cı, inkişaf etməkdə olan Ruanda isə 5-ci yerdədir".
Ə. Əhmədov qadınların ictimai sferada, iqtisadi fəaliyyət sahəsində iştirakının artması ilə cəmiyyətin inkişafında mühüm rol oynadıqlarını vurğulayıb: "Bu mənada gender məsələsində Yaponiyanın təcrübəsinin öyrənilməsinin tərəfdarı deyiləm, ümumən qadınların cəmiyyətin inkişafında mühüm rol oynadığı modellərin öyrənilməsinin tərəfdarıyam".
Baş nazirin müavini 200 il əvvəl qadının işləməməsinin, onun üçün komfort şəraitin yaradılmasının gender bərabərliyinin pozulması kimi qiymətləndirilmədiyini qeyd edib: "Bu gün isə qadının ictimai sferadan, iqtisadi fəaliyyətdən kənarda qalması gender bərabərliyinin pozulması kimi dəyərləndirilir və bu da müasir dövrün tələblərinə uyğundur. Azərbaycanda təhsil və səhiyyədə çalışanların 70 faizi qadınlardır. Bu, Azərbaycanda qadınların təhsil səviyyəsinin, iqtisadi sferada fəallığının yüksək olmasından xəbər verir. Vətəndaş cəmiyyəti institutlarının böyük hissəsi qadınlar tərəfindən idarə olunur. Milli Məclisdə 19 qadın deputatımız var. Bunu çox saymıram, amma az da deyil. Bələdiyyələrdə də qadınların iştirakı 30 faizdən yuxarıdır".
Ə. Əhmədov gender bərabərliyi sahəsində narahat edən məqamların olduğunu da vurğulayıb: "Siyasi, ictimai həyatda, iqtisadi sferalarda qadın-kişi nisbətində kişi fəallığı yüksəkdir. Keçmişin müəyyən qalıqları da qadınlarla bağlı müəyyən problemlərə yol açır. Bu sahədə işimizi qurub, problemləri aradan qaldıracağıq".
banner

Oxşar Xəbərlər