AZE | RUS | ENG |

Əli Əhmədov: Azərbaycan dünyada sosial təminat sahəsində islahatçı ölkələrdən biri kimi tanınır

Əli Əhmədov: Azərbaycan dünyada sosial təminat sahəsində islahatçı ölkələrdən biri kimi tanınır
Azərbaycanda həyata keçirilən islahatlar konsepsiyasının əhəmiyyətli bir hissəsini sosial təminat sahəsində aparılan islahatlar təşkil edir.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katini Əli Əhmədov Bakıda keçirilən Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumunda çıxışı zaman deyib.
Ə.Əhmədov bildirib ki, ölkədə bu sahədə ciddi islahatlar aparılır və Azərbaycan dünyada islahatçı dövlətlərdən biri kimi tanınır.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda sosial təminat sahəsində həyata keçirilən islahatları vacib edən bir sıra amillər mövcuddur:
"Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hökümət həmin insanların həyatının təmin edilməsi, tələbatlarının ödənilməsi, iş yerlərinin açılması, mənzillərin tikilməsi, müavinətlərin verilməsi istiqamətində böyük vəsaitlər xərcləyir. Yəni bu sahədə bütün işlər Azərbaycan hökumətinin üzərinə düşür və dövlətimiz bunun öhdəsindən layiqincə gəlir. Digər tərəfdən, müharibə nəticəsində xeyli sayda Azərbaycan vətəndaşı əlil olub və o insanlara pensiyaların verilməsi, sosial müdafiəsinin təşkili islahatları vacib edən amillərdən biridir”.
Ə.Əhmədovun sözlərinə görə, Azərbaycan əhalisnin sayı artır, eyni zamanda çoxuşaqlı ailələrin də sayı çoxalır. Məhz bununla əlaqədar onların sosial müdafiəsinin təşkili vacib əhəmiyyət kəsb edir: "Bu baxımdan Azərbaycan hökuməti sosial sahədə islahatları vacib sayır və bu istiqamətdə dünya təcrübəsini daim öyrənir və yeniliklər tətbiq edir. Bundan sonra da Azərbaycan hökuməti sosial islahatları davam etdirəcək”.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9066
GEL 1 1 Gürcüstan larisi 0.5954
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1114
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.181
CHF 1 1 İsveçrə frankı 1.7218
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2976