• şənbə, 20 Aprel, 18:02
  • Baku Bakı 24°C

Əli Əhmədov DTİHB-nin nümayəndə heyətini qəbul edib

22.02.18 11:20 436
Əli Əhmədov DTİHB-nin nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov fevralın 22-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndə heyətini partiyanın mənzil-qərargahında qəbul edib.
YAP_dan Trend-ə verilən məlumata görə, görüşdə YAP-ın Sədr müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən bəhs edərək, seçkilərin ədalətli və şəfaf keçiriləcəyinə əminliyini ifadə edib.
Nümayəndə heyətinin rəhbəri, ATƏT/DTİHB-in Seçki Departamentinin rəhbəri Aleksandr Şlik görüşdən məmnunluğunu bildirərək, qurumun Azərbaycanda seçkilər prosesinə maraq göstərdiyini ifadə edib.
Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak ediblər.
banner

Oxşar Xəbərlər