• cümə, 19 Aprel, 15:22
  • Baku Bakı 25°C

Əli Babacan əsassız erməni iddialarına görə ABŞ-ı qınadı

11.04.14 08:26 1051
Əli Babacan əsassız erməni iddialarına görə ABŞ-ı qınadı
Bu sözləri Türkiyənin Baş nazirinin müavini Əli Babacan ABŞ Senatının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən qətnaməni qəbul etməsinə münasibət bildirərkən deyib. Bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib.
Ə.Babacan bildirib: "ABŞ Senatının 99 il bundan əvvəl törədildiyi iddia edilən hadisələr araşdırılmadan belə bir qərar qəbul etməsi doğru deyil".
Baş nazirin müavini qeyd edib ki, qondarma "erməni soyqırımı"ndan ABŞ-ın daxili siyasət vasitəsi kimi istifadə edilməsi xoşagələn hal deyil.
Babacan qeyd edib ki, Ankara bu kimi halların qarşısını almaq iqtidarındadır.
Dünən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu verdiyi açıqlamada saxta "soyqırım" iddialarının Türkiyə-ABŞ münasibətlərinə təsir etməyəcəyini bildirib.
Qeyd edək ki, sözügedən qətnamə ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri demokrat Robert Menendes və respublikaçı senator Mark Kirk tərəfindən təqdim edilib.
Xatrıladaq ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar./trend/
banner

Oxşar Xəbərlər