• şənbə, 20 Aprel, 17:09
  • Baku Bakı 23°C

Əli Abbasov barəsində cinayət işinin başlanması haqda xəbərlərə münasibət bildirib

26.10.16 15:05 692
Əli Abbasov barəsində cinayət işinin başlanması haqda xəbərlərə münasibət bildirib
Keçmiş rabitə və yüksək texnologiyalar naziriƏli Abbasovbarəsində cinayət işinin başlanması haqda yayılan xəbərlərə münasibət bildirib.

Sabiq nazirAPA-ya açıqlamasında deyib ki, barəsində cinayət işi başlanmayıb, yayılan xəbərlər həqiqəti əks etdirmir və dezinformasiyadır.

O, hazırda evində olduğunu da əlavə edib.

Qeyd edək ki, bəzi KİV-də sabiq rabitə və yüksək texnologiyalar naziriƏli Abbasovbarəsində ayrıca cinayət işi başlanması ilə bağlı xəbərlər yayılıb. Sabiq nazirin barəsində cinayət işinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksək rütbəli əməkdaşları barədə başlanmış cinayət işindən ayrıldığı və ayrıca icraata verildiyi də iddia olunur.
banner

Oxşar Xəbərlər