• cümə, 19 Aprel, 16:41
  • Baku Bakı 25°C

Ələt Qafqazın Dubayına çevriləcək

25.01.17 10:00 3233
Ələt Qafqazın Dubayına çevriləcək
Son vaxtlar Azərbaycanın iqtisadi potensialını gücləndirmək istiqamətində atdığı addımlar dünya mediasının da diqqətindən kənarda qalmır. Məsələn, "Podrobno.uz” saytında dərc edilən məqalədə Azərbaycan paytaxtının yaxınlığında inşasına başlanılan yeni layihədən - Ələt limanından bəhs edilib. Reportajda bu limanının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərini xatırladacağı bildirilir. Məqalədə əvvəlcə Dubayın iqtisadi göstəricilərinə nəzər salınıb. Qeyd edilib ki, səhrada cənnəti xatırladan Dubayın ərazisi 57 kv.km. olan Cabal Əli limanı hazırda dünyanın ən iri liman şəhərlərindəndir. 1976-1979-cu illərdə inşa edilən bu limanda hazırda 145 min insan çalışır. Bu limanın köməyi ilə BƏƏ-yə birbaşa investisiyaların həcmi 42 faiz artıb. Tək Dubayın ticarət dövriyyəsi 87 mlrd. dollara yüksəlib. Cabal Əli limanı hazırda özündə 15 milyon konteyneri yerləşdirməyə imkan verir. Bu gün burada dünyanın məşhur brendləri -"Acer”, "Dell”, "Nissan”, "Audi”, "Siemens”, "Bridgestone” və başqaları fəaliyyət göstərir.
Azərbaycan analoji inkişaf modeli yaratmağı planlaşdırır
Reportajda xüsusi vurğulanır ki, Azərbaycan da analoji inkişaf modeli yaratmağı planlaşdırır. "Azərbaycan coğrafi mövqeyinə görə ən əhəmiyyətli strateji məkanda - Avropa və Asiyanın qovuşduğu yerdə, Çindən Avropaya qədər uzanan məşhur Böyük İpək yolunda, eləcə də şimal-cənub ticarət yollarında yerləşir. "Demək, tarixi "birləşmə konsepsiyası” Azərbaycanda mövcud olub. Məsələn, bu birləşmənin əsas komponentlərindən biri karvansaraylar idi. Dəvə karvanları gün ərzində təqribən 40 km. məsafə qət edərək məhz belə yerlərdə dayandırdılar. Onları yedizdirmək gərək idi, insanlar da istirahət etməli idilər. Karvansaralar da məhz bu funksiyanı yerinə yetirirdilər. Onlar əsas dayanacaqlar idilər. Beləliklə, hər 40-50 km-dən bir belə yerlərə rast gəlmək mümkün idi. Lakin ticarətçilərin ən böyük hədəfi iri şəhərlər, meqapolislər idi - Buxara, Səmərqənd, Təbriz, İstanbul, Hələb. Əsas ticarət əməliyyatları məhz bu şəhərlər vasitəsilə edilirdi. Bu şəhər-meqapolislər iqtisadiyyatın yüksəlməsinə əlavə dəyər verirdilər. Onların iki funksiyası var idi – tranzit və əlavə qiymətin yaradılması. Yəni birinci halda bu şəhərlər digər şəhərlərə getmək və orada istirahət etmək üçün istifadə olunurdular. İkinci halda isə başqa yerlərdən yeni məhsullar gətirilirdi. Bu yeni məhsullar digər şəhərlərə və dövlətlərə daha yüksək qiymətə satılırdı”, - deyə reportajda vurğulanıb.
Azərbaycan coğrafi mövqeyinə görə tranzit ölkələrdən biridir
Müəllif yazır ki, bu gün Azərbaycan coğrafi mövqeyinə görə, tranzit ölkələrdən biridir. Ölkə iqtisadiyyatının əsasını neft sektoru və ondan əldə olunan gəlirlər təşkil edir: "Bundan əlavə, Avropadan Asiyaya Azərbaycan vasitəsilə il ərzində yüz minlərlə ton məhsul daşınır. Lakin təəssüf ki, Azərbaycan öz ərazisindən yalnız yüklərin daşınmasına görə əlavə gəlir əldə edə bilir. Halbuki, bu gəlirlər min dəfə arta bilər. Bəs necə? Sadəcə, daşınan yükləri xüsusi iqtisadi zonalarda saxlamaq, burada yeni istehsal sahələri yaratmaq, bu məhsulları təkrar işləmək və sonda yeni məhsulları dünya bazarına çıxarmaqla. Artıq belə iqtisadi zonaların yaradılması üçün yerlər də məlumdur. Belə bir yolla ölkədə yüzlərlə, minlərlə iş yerləri açıla, əhalinin sosial vəziyyəti yaxşılaşa bilər. Eləcə də, yeni məhsulların satışından və burada fəaliyyət göstərən şirkətlərin ödədikləri vergilərdən gəlir əldə etmək olar”.
Bakı limanı və ətraf ərazilərdə azad ticarət zonasının əhəmiyyəti
Qeyd edilir ki, prezident İlham Əliyev 2016-cı il martın 17-də Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu əraziyə yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Ələt terminalı) daxildir. Sərəncamın icrasının təmin olunması məqsədilə 2016-cı il sentyabrın 7-də məsləhətçi qismində Birləşmiş Ərəb Əmirliklərinin DP World şirkəti arasında müqavilə imzalanıb. DP World 1985-ci ildən fəaliyyət göstərən Cabal Əli limanı və Sərbəst Zonanı (JAFZA), dünya üzrə daha 50 ölkədə 77 quru və dəniz terminallarını idarə edir. Müqaviləyə əsasən, məsləhətçi şirkət xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, zonanın yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri ilə bağlı Azərbaycan hökumətinə və Bakı Limanına məsləhətlər verəcək. Azərbaycan bu layihəyə böyük əhəmiyyət verir.
Qeyd edilib ki, Ələtdəki limanın yaradılmasını düzgün əsaslandırmaq üçün nəqliyyat, loqistika və infrastruktura mühüm məsələdir: "Çünki, dünyada bir neçə belə liman fəaliyyət göstərsə də, onlar uğur əldə edə bilməyiblər. Bu səbəbdən də qanunverici baza və düzgün rejimli sistem qurmaq gərəkdir”. Nəşrə müsahibəsində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bildirib ki, hazırda yeni inşa ediləcək limanın qanunverici rejimini əsaslandırmaq üçün işlər aparılır: "Artıq dövlətə müvafiq sənədlər təqdim edilib. Bu günlərdə isə Ələtdə Azad Ticarət Zonasının yaradılması barədə layihə parlamentə təqdim ediləcək. Bununla da, bu ilin birinci yarısında Azərbaycanda Azad Ticarət Zonası fəaliyyət göstərə bilər. Limanda inşa işlərinin birinci mərhələsi bu ilin sonuna kimi başa çatdırılacaq. Hazırda əsas işlər əsas quru terminalı "Ro-Ro”da aparılır. Bu işlərin uğuruna inam çox yüksəkdir və yaxın illərdə Azad Ticarət Zonası Azərbaycanın brendinə çevriləcək. Birinci mərhələdə işlər başa çatdıqdan sonra liman sutka ərzində 1280 ton yük qəbul edə biləcək”.
Ələt regionun iqtisadi mərkəzinə çevrilə bilər
Məqalədə qeyd edilir ki, Ələtdə Azad Ticarət Zonası ölkədə "Made in Azerbaijan” brendinin populyarlaşmasına səbəb ola bilər. Bu layihə həm də şəhər infrastrukturunun inkişafına xidmət edir. Əgər bütün bunlar baş verərsə, Ələt 20-30 ildən sonra ticarət şəhərinə çevriləcək. Hazırda bunun üçün Ələtdə 400 hektar ərazi ayrılıb. Gələcəkdə isə bu məqsədlə 2 min hektar torpaq ayrılması nəzərdə tutulub. Bundan əlavə, hava limanının inşası da nəzərdə tutulub.
Azər

banner

Oxşar Xəbərlər