• cümə, 29 Mart, 02:47
  • Baku Bakı 7°C

Ələt-Astara yolunda qəza: 1 ölü, 4 yaralı

04.12.18 17:34 1632
Ələt-Astara yolunda qəza: 1 ölü, 4 yaralı
Bu gün saat 08:20 radələrində Ələt-Astara-İran sərhəd avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 67-ci kilometrliyində Lerik rayon sakini Pərviz Quliyev idarə etdiyi 99-MP-962 dövlət qeydiyyat nişanlı "Nissan X-Trail” markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək onunla eyni istiqamətdə hərəkətdə olan "Kamaz” markalı yük avtomobilin arxa hissəsinə çırpılıb.
BDYPİ-dən Trend-ə verilən məlumata görə, nəticədə, avtomobildə olan sərnişinlərdən, sürücünün dayısı A.Diniyev hadisə yerində həyatını itirib, sürücü özü, anası, habelə dayısının həyat yoldaşı və dayısı qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Sürücü P.Quliyev ilkin ifadəsi zamanı mərhum dayısının avtomobilin salonundakı saxlanc yerinin qapağını açmağa çətinlik çəkdiyini görüb ona kömək etmək məqsədilə diqqətini yoldan ayırdığını və bu zaman avtomobilin idarəetmədən çıxaraq qarşıda gedən "Kamaz” markalı yük avtomobilinə çırpıldığını bildirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
banner

Oxşar Xəbərlər