• cümə, 29 Mart, 14:41
  • Baku Bakı 14°C

Ələt-Astara yolu pullu olacaq

11.05.16 12:48 3667
Ələt-Astara yolu pullu olacaq
Yeni tikilən Ələt-Astara magistral yolunun gələcəkdə ödənişli olacağı gözlənilir.
"Kaspi" "Report"-a istinadən məlumatına görə, hazırda bu istiqamətdə çəkilənyolda torpaq bərkitmə işləri aparılır. Torpaq yatağının eni 26,5 metr, ayrıcı zolağı 4 metr olan yol 4 hərəkət zolağından ibarət olacaq. Bu yolun özəlliyi ondan ibarətdir ki, Salyanın girişindən başlayaraqAstara-İran sərhəddinə qədər heç bir yaşayış məntəqəsinin içindən keçmir. Yeni yolun tikintisi başa çatdıqdan sonra əvvəlki yoldan fərqli olaraq məsafə təxminən 40 kilometr qısalacaq. Alternativ yol olduğundan yeni magistral yolun gələcəkdə ödənişli olacağı gözlənilir.
"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nəzarəti altında yeni tikilən dövlət əhəmiyyətli yolda son vaxtlar işlər daha da sürətlənib.
Yeni magistral yolda nəzərdə tutulan onlarla yeraltı keçidin, tunein, sukeçirənin, dairəvi boruların tikintisi də başa çatıb. Körpülərin inşası isə davam etdirilir.
Salyan rayonunun Çuxanlı kəndi ərazisində Kürçayı üzərində 5 il əvvəl inşa edilən və Qafqazda analoqu olmayan körpudə işlər yekunlaşıb. İki gediş, iki gəliş üçün nəzərdə tutulan 5 aşırımlı körpünün ümumi uzunluğu 363 metr, 150 metr asma hissəsi dayaqsız olmaqla kanatlar vasitəsi ilə gərginləşdirilib.
banner

Oxşar Xəbərlər