• cümə, 26 Aprel, 06:34
  • Baku Bakı 12°C

“Elektron xidmətlərin təbliğində gənclərin rolu” layihəsi yekunlaşdı

23.11.16 15:53 1477
“Elektron xidmətlərin təbliğində gənclərin rolu” layihəsi yekunlaşdı
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və "İRӘLİ” İctimai Birliyinin dəstəyi ilə AzGF­nun 8­-ci qrant müsabiqəsinin qalibi Aysel Axundzadənin layihə rəhbəri olduğu "Elektron xidmətlərin təbliğində gənclərin rolu” layihəsi yekunlaşdı.
Azərbaycan RespublikasınınPrezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin, baş mütəxəssisi Aynur Qurbanlının təqdimatında gənclərlə görüşlər keçirilmişdir. Təlim zamanı elektron xidmət nədir, növləri, qanunvericilik, elektron xidmətin təşkili və mərhələləri, elektronlaşmanın faydaları, fin kod nədir, asan imza və əldə olunması, elektron imzanın istifadə qaydaları və s. kimi mövzularda gənclərə geniş məlumatlar verilib. Təlim zamanı iştirakçılar arasında elektron xidmətlərin təbliği mövzusunda intellektual oyun keçirilib, qalib mükafatlandırılıb. Paytaxt Bakıda keçirilən layihəyə 25 gənc cəlb olunub. Onu da qeyd edək ki,iştirakçılar arasında ən aktiv iki gəncə Vergilər Nazirliyi və Mobil operator tərəfindən verilən və sənədin elektron imzalanmasını və elektron xidmətdən istifadəni daha da, asanlaşdıran Asan İmza veriləcək. Bundan başqa, gənclər arasında sosial sorğuda keçirilmişdir. Sorğunun nəticəsinə əsasən, ən çox istifadə olunan elektron xidmətlərdənistifadəni daha da asanlaşdırmaq məqsədilə videoçarx hazırlanıb.
banner

Oxşar Xəbərlər