“Elektron hökumət” portalının “Android” mobil əlavəsindəki elektron xidmətlərin sayı artırıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət”
portalının mobil tətbiqinin "Android” versiyası yenilənib. Bu mobil əlavə
vasitəsilə bir çox elektron
xidmətlər vətəndaşlara daha rahat və əlçatandır.
Belə ki, geniş istifadəçi auditoriyasına
malik sözügedən mobil tətbiqin "Android” versiyasının "Elektron arayışlar”
bölməsinə aşağıda adları çəkilən 5 elektron arayış əlavə olunub:
- İl ərzində
rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış
- Vətəndaşın adına
qeydiyyatda olan nəqliyyat vasitələri haqqında elektron arayış
- Vətəndaşın hərbi xidmət
keçməsi barədə arayış
- Vətəndaşın hərbi
qeydiyyatda olması barədə arayış
- Dənizçinin şəxsiyyət
sənədi
Bununla yanaşı, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin "Sosial sığorta haqqında məlumat”, "Sığortaedənin uçot nömrəsinin
öyrənilməsi” elektron xidmətlərindən də "Android” mobil əməliyyat
sisteminin istifadəçiləri artıq yararlana bilərlər.
Hazırda "Elektron hökumət” portalı mobil
tətbiqinin "Android” versiyasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin 7, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 2, Daxili İşlər
Nazirliyinin 1, Səhiyyə Nazirliyinin 3, Ədliyyə Nazirliyinin 1 elektron
xidməti, həmçinin 11 adda elektron arayış vətəndaşların istifadəsindədir.
Məlumat üçün bildirək ki, "Elektron
hökumət” portalının mobil tətbiqinin "iOS” versiyası da istifadəçilərin
ixtiyarındadır.
Hər ik mobil əlavəyə giriş "Elektron imza”
kartı və istifadəçi adı/şifrə vasitəsilə mümkündür.
Qeyd edək ki, sözügedən tətbiqləri müvafiq
olaraq "AppStore” və "PlayStore” onlayn mağazalarında "Elektron hökumət”
portalı yazıb axtarış etməklə, mobil qurğunuza yükləyə bilərsiniz.
Yaranan suallarla bağlı "157 Zəng
Mərkəzi”nə müraciət edə bilərsiz.