• cümə, 19 Aprel, 05:11
  • Baku Bakı 18°C

Ələddin Yılmaz: Bu əsərlər Boludakı Koroğlu muzeyini zənginləşdirəcək

21.03.19 18:45 722
Ələddin Yılmaz: Bu əsərlər Boludakı Koroğlu muzeyini zənginləşdirəcək
Koroğlu deyəndə Bolu, Bolu deyəndə Koroğlu yada düşür. Arzu edirik ki, Koroğlunu xalq qəhrəmanı kimi sevən bütün inşalar, o cümlədən azərbaycanlılar şəhərimizə gəlib burada ucaldılan möhtəşəm abidəni seyr edə bilsinlər.
Bu fikriAZƏRTAC-a müsahibəsində Bolu şəhər bələdiyyəsinin sədri Ələddin Yılmaz deyib. Boluda Koroğlunun nəhəng abidəsinin ucaldılmasnı tarixi hadisə adlandıran bələdiyyə sədri vurğulayıb ki, türksoylu xalqlar bu vaxta qədər ortaq el qəhramanımızın adını əbədiləşdirmək üçün böyük işlər görüblər.
"Boluda belə bir abidə ucaldılması türksoylu xalqların öz soy kökünə və tarixinə birgə ehtiramının nümunəsidir. Əminəm ki, türk dünyasının ayrı-ayrı məkanlarından, eləcə də Azərbaycandan gətirilən əsərlər Boludakı Koroğlu muzeyini daha da zənginləşdirəcək”, - deyə Ələddin Yılmaz bildirib.
banner

Oxşar Xəbərlər