• çərşənbə, 24 Aprel, 01:45
  • Baku Bakı 14°C

Ələ saldı - Ən bahalı “yoldaşlıq görüşü” olacaq

05.12.18 12:25 699
Ələ saldı - Ən bahalı “yoldaşlıq görüşü” olacaq
Argentina yığmasının sabiq futbolçusu Xuan Roman Rikelme "River Pleyt”lə "Boka Xuniors” arasındakı qarşılaşmanın Madriddə keçirilməsinə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Rikelme bu qərara sərt etiraz edib. O, məsələ ilə bağlı açıqlama verərkən, ironyialı ifadələr işlədib:
"Onlar oyunun Madriddə keçirilməsi ilə bağlı qərar qəbul etdilər. Bəs "River”lə "Boka” arasındakı növbəti qarşılaşmada nə baş verəcək? Onlar yenə də başqa ölkədə oynayacaqlar?
Mən istəyirəm ki, qarşılaşma Argentinada olsun. Bütün varlığımla da "Boka Xuniors”un qalib gəlməsini istəyirəm. Madriddə keçiriləcək qarşılaşma dünyanın ən bahalı "yoldaşlıq görüşü” olacaq”.
Qeyd edək ki, Libertadores kubokunun finalında "River Pleyt”lə "Boka Xuniors” arasındakı cavab qarşılaşması noyabrın 24-də keçirilməli idi. Ancaq "River” fanatlarının "Boko”nun avtobusuna hücum etməsindən sonra qarşılaşma təxirə salındı. Daha sonra isə oyunun dekabrın 9-da Madriddə keçirilməsi ilə bağlı qərar verildi.
Bu komandalar arasındakı ilk qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
banner

Oxşar Xəbərlər