• cümə, 19 Aprel, 04:08
  • Baku Bakı 18°C

Elə rayon var ki, orada 1 vəkil fəaliyyət göstərir

31.05.19 10:52 681
Elə rayon var ki, orada 1 vəkil fəaliyyət göstərir
Azərbaycanda vəkillərin sayı elə də çox deyil.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov "Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” konfransında deyib.
Onun sözlərinə görə, son ilyarım ərzində vəkillərin sayı 800 nəfərdən 1500-ə qədər artıb: "Bu, çox yaxşı haldır. Lakin qanunvericiliyə qoyulmuş, xüsusilə də nümayəndəlik institutu ilə bağlı məhdudiyyətlər bəzi kateqoriyalı şəxslərin, xüsusilə Bakıdan kənarda yerləşən şəxslərin məhkəməyə müraciət etmək imkanlarına maneələr yaradıb. Bizdə olan məlumata görə elə rayon var ki, orada 1 vəkil fəaliyyət göstərir”.
G.Kərimov qeyd edib ki, vəkilliyə qəbul qaydalarının və ixtisas suallarının yüngülləşdirilməsinə ehtiyac var.
banner

Oxşar Xəbərlər