• cümə, 29 Mart, 13:39
  • Baku Bakı 14°C

“Eldəniz Quliyev ofisə gəlib, məndən benzin pulu alırdı”

04.02.14 12:35 1530
“Eldəniz Quliyev ofisə gəlib, məndən benzin pulu alırdı”
Bunu APA-ya açıqlamasında El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevlə aralarında yaranmış gərginliyə münasibət bildirərkən deyib.
E. Quliyev bildirib ki, Ə. Əliyev həmişə Milli Şuraya qarşı kampaniya aparıb: “Onun çıxışları, fəaliyyəti, Milli Şura yarananda Əli Əliyevin ona münasibəti, Rüstəm İbrahimbəyova qarşı mövqeyi bunu deməyə əsas verir ki, bu adam Milli Şuraya qarşıdır. Həmçinin, onun ətrafında müəyyən küçə uşaqları yığılıb”.
Ə. Əliyev isə APA-ya açıqlamasında E. Quliyevi kəskin ittiham edib. Onun sözlərinə görə, E. Quliyevi onu təhqir etməsinə Eldar Namazov təhrik edib: “Mən müsahibəmdə bildirmişəm ki, “El” Hərəkatını şişirmək lazım deyil. Orda təkcə, Eldar Namazov var. Həmin şəxs də, siyasi güc mahiyyəti kəsb etmir. Mənim bundan başqa dediyim bir şey yoxdur. Mən Eldar Namazovun adını çəkmişəm, bu da, görünür, Eldar Namazovun xətrinə dəyib, Eldəniz Quliyevə göstəriş verib ki, mənim haqqımda ağzına gələni danışsın. Eldəniz Quliyev də mətbuatda bizə qarşı çıxıb. Bunlar özlərini ortada qoyublar, dövlətçiliyi hərraca çıxarıblar, Moskvaya satırlar. Onun ağası, sahibi Eldar Namazov niyə Milli Şuranı atıb getdi? Mən Milli Şuraya qarşı tək mübarizə aparmışam, buna görə də onlar məndən heyflərini almaq istəyirlər, bunu isə öz tərbiyələrinə uyğun həyata keçirirlər. İndi mən susmalıyam? Kimdir, bu Eldəniz Quliyev? 2010-cu ildə bizim “İnsan Naminə” Seçki Blokunun namizədi olub. Dilənçinin biridir. Həmişə ofisə gəlib, məndən benzin pulu alan adamdır bu. Mən bəzi şeyləri mətbuata deməyi özümə yaraşdırmıram”.
E. Quliyev isə yenidən APA ilə əlaqə saxlayaraq Ə. Əliyevdən benzin pulu aldığı barədə deyilənləri inkar edib: “Mən 2010-cu ildə “İnsan Naminə” Seçki Blokunun namizədi deyil, onun rəhbərlərindən biri idim. Mən Əli Əliyevin ofisinə Lalə Şövkətə görə, özü də 100 min dollarlıq “Lexus” markalı cipimlə getmişəm. Əli Əliyev isə o vaxt partiya üzvlərindən birinin “Jiquli” markalı maşınında gəzirdi. Belə olan halda, mən ondan benzin pulu ala bilərdim? Burada məntiq haradadır? Bunlar hamısı ağ yalandır. Deyir, dilənçiyəm. Lap elə tutaq ki, mən ondan benzin pulu almışam. Benzin pulu almaq o deməkdir ki, mənim imkanım yoxdur, amma Əli Əliyev hakimiyyətdən zərf alır. O zərfin müqabilində demokratik ideallarını, əqidədaşlarını satır”.
banner

Oxşar Xəbərlər