• cümə, 19 Aprel, 07:31
  • Baku Bakı 13°C

“Əldə edilmiş razılaşmalar hər iki tərəf üçün faydalıdır” - Lavrov

18.12.13 12:52 940
“Əldə edilmiş razılaşmalar hər iki tərəf üçün faydalıdır” - Lavrov
APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu haqda dekabrın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Bu praqmatizmdən imtina deyil, razılaşmalar qarşılıqlı fayda kəsb edir ”, - deyə S. Lavrov media nümayəndələrinə bildirib.
O qeyd edib ki, dekabrın 17-də Kremldə imzalanmış sazişlər hər iki dövlətin unikal imkanlarını hərəkətə gətirərək, sənaye və istehsal əlaqələrinin bərpası və canlanmasına yönəlib.
“Əməkdaşlığımızın humanitar tərəfi də praqmatizmlə bağlıdır. Bu, slavyan mədəniyyətinin, rus dilinin, hazırda beynəlxalq münasibətlərdə çatışmayan mənəviyyatın qorunub saxlanılması deməkdir. Ümumilikdə isə bu, Rusiya və Ukrayna vətəndaşları da daxil olmaqla, nəhəng post-sovet məkanında yaşayanlar üçün birbaşa ünsiyyət yaratmaq imkanının təmin edilməsidir. Praqmatizm nöqteyi-nəzərindən xalqlarımızın qarşılıqlı ünsiyyətinə əlavə narahatlıq gətirməmək çox vacibdir”, - S. Lavrov bildirib.
Xatırladaq ki, dekabrın 17-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Viktor Yanukoviçin sədrliyi ilə Rusiya-Ukrayna dövlətlərarası komissiyasının iclası keçirilib. Tədbirin yekununda bir sıra razılaşmalar əldə edilib. Buraya Rusiyadan Ukraynaya nəql edilən qazın qiymətinin 1000 kub.m üçün 268,5 ABŞ dollara kimi aşağı salınması və Rusiya tərəfinin Ukraynanın 15 milyard ABŞ dollarlıq avrobondlarının əldə edilməsi razılaşması daxildir.
banner

Oxşar Xəbərlər