• cümə, 19 Aprel, 14:32
  • Baku Bakı 25°C

Əldə edilən gəlirin 58 faizi Azərbaycana düşəcək

08.10.19 12:15 728
Əldə edilən gəlirin 58 faizi Azərbaycana düşəcək
TANAP qaz-boru kəməri tam gücü ilə işə düşdükdən sonra qazın nəql edilməsindən 1.45 milyard dollara qədər gəlir əldə ediləcək.
Trend-in məlumatına görə, bunu bu gün İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.
Onun sözlərinə görə, bu məbləğin 58 faizi Azərbaycana düşəcək.
S.Düzyol bildirib ki, Azərbaycan, eyni zamanda TANAP kəməri ilə daşınan öz təbii qazından gəlir əldə edəcək:
"Trans-Anadolu qaz boru kəmərinin (TANAP) işə salınması Azərbaycanla Türkiyə arası qaz nəqli həcmlərini artıracaq. Nəticədə Türkiyənin Rusiyadan alınan qazdan asılılığını daha da azaldacaq".
Baş direktor əlavə edib ki, indiyədək TANAP-ın işlənilməsi çərçivəsində (qazın nəqlindən - hər min kubmetrə 5,95 ABŞ dolları) Türkiyə hokumətinə 16 mln. 65 min dollar ödənilib.
banner

Oxşar Xəbərlər