Eldar Sabiroğlu oğlundan imtina edib - Foto

Eldar Sabiroğlu oğlundan imtina edib - Foto

Təfsilat
17 İyun 2019, 18:21 153
Müdafiə Nazirliyinin Mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovdan imtina edib.

"Report"un məlumatına görə, bununla bağlı Rüfət Səfərov özünün "Facebook” səhifəsində yazıb və atasının məktubunu paylaşıb.

"Öldüyümdə mənim cənazəmə girməyini ruhum qəbul etməyəcək. Artıq bu saatdan sənin atan deyiləm. Məzarım üstə gəlməni istəmirəm", - deyə E.Sabiroğlu məktubunda qeyd edib.  

Qeyd edək ki, Rüfət Səfərov Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi olub. O, rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılıb.