• cümə, 29 Mart, 13:42
  • Baku Bakı 14°C

Eldar Sabiroğlu da Müdafiə Nazirliyindən getdi

28.10.13 12:15 1282
Eldar Sabiroğlu da Müdafiə Nazirliyindən getdi
APA-nın xəbərinə görə, Eldar Sabiroğlu raportda müdafiə naziri, general-polkovnik Zakir Həsənovdan Silahlı Qüvvələrdən tərxis olunmasını xahiş edib.
Eldar Sabiroğlu APA-nın sualına cavab olaraq məlumatı təsdiqləyib və bunun normal hal olduğunu deyib: “Mən buna təbii baxıram. Təxminən yeddi ilə yaxın ordu həyatım mənim üçün bir məktəb oldu. Bu gün öz istəyimlə hörmətli müdafiə nazirinə raportla müraciət edərək Silahlı Qüvvələrdən tərxis olunmağım barədə sərəncam verməsini ondan xahiş etmişəm. Mən özümü Vətənimin, ulu öndər Heydər Əliyevin və Ali Baş Komandanım, cənab İlham Əliyevin əsgəri hesab edir və bundan fəxr duyuram. Müdafiə Nazirliyinin fəaliyyətinə də uğurlar arzulayıram”.
banner

Oxşar Xəbərlər