• çərşənbə axşamı, 19 mart, 15:24
  • Baku Bakı 8°C

Eldar Qasımovla Fərid Məmmədov konsert verəcək

22.05.13 15:05 1604
Eldar Qasımovla Fərid Məmmədov konsert verəcək
“Eurovision” beynəlxalq mahnı müsabiqələrində Azərbaycanı uğurla təmsil etmiş Eldar Qasımov və Fərid Məmmədov Dənizkənarı Milli Parkda konsert verəcəklər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, konsert mayın 24-də saat 22:00-da başlanacaq.
Tədbir nazirliyin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə ölkəmizdə ilk dəfə həyata keçirdiyi “Qaranlıqda görün” şuarı altında “İşıqlı həyat” sosial yönümlü layihəsi çərçivəsində baş tutacaq. Layihənin əsas məqsədi Azərbaycanda yeniyetmə və gənclərin xüsusən gecə saatlarında yol təhlükəsizliyinin təmin olunmasıdır. Konsertdən əlavə, yol patrul xidməti avtomaşınlarının və motosikletlərinin iştirakı ilə şou, Yaponiyadan dəvət edilmiş incəsənət ustası Sakakura Katsuminin iştirakı ilə “Hər kəs qaranlıqda görünməlidir” adlı teatr tamaşası da baş tutacaq. Tədbirin açılışına gənclər və idman naziri Azad Rəhimov, Daxili İşlər Nazirliyinin rəsmiləri qatılacaqlar.
Qeyd edək ki, layihə çərçivəsində son 2 ayda tanınmış incəsənət ustalarının iştirakı ilə orta məktəblərdə, küçə və parklarda bir sıra maarifləndirici tədbirlər keçirilib, yeniyetmə və gənclərə Azərbaycan tarixini və milli mədəniyyətini əks etdirən müasir işıq qaytarıcı akssesuarları paylanıb.
banner

Oxşar Xəbərlər