• şənbə, 20 Aprel, 12:13
  • Baku Bakı 23°C

Eldar Namazovun adamının sensasion telefon danışığı yayıldı

24.08.13 11:24 1512
Eldar Namazovun adamının sensasion telefon danışığı yayıldı
EL Hərəkatı Ali Məclisinin sabiq sədr müavini Əflan İbrahimov bu gün virtualaz.org saytının redaksiyasına gəlmişdi. Biz ondan müsahibə götürməli idik, ona görə dəvət etmişdik.
Amma biz İbrahimova sual verməyə macal tapmamış ona zəng gəldi. Zəng vuran şəxs EL Hərəkatının və Milli Şuranın üzvü Eldəniz Quliyev idi. E.Quliyev bundan əvvəl jurnalistlərə demişdi ki, o, Əflan İbrahimov adlı adam tanımır, EL Hərəkatında ümumiyyətlə belə adam yoxdur.
Biz çox maraqlı telefon danışığının şahidi olduq. Onların söhbəti bu qalmaqalla bağlı bir çox məsələlərə aydınlıq gətirdi. Qeyd edək ki, Ə.İbrahimov dünən öz bəyanatının mətninin redaksiyamıza təqdim edərək bildirmişdi ki, müxalifət liderləri ölkədə kütləvi iştişaşlar və toqquşmalar hazırlayır.
Biz Ə.İbrahimovla E.Quliyevin həmin telefon danışığını yazmışıq. Onu virtualaz.org saytının oxucularına təqdim edirik. Qeyd edək ki, Əflan İbrahimovla sensasion müsahibəni oxucularımıza sabah - avqustun 24-də təqdim edəcəyik.
Eldəniz Quliyev:
- Alo. Əflan müəllim, salam.
Əflan İbrahimov:
- Salam, qardaş. Necəsən?
Eldəniz Quliyev:
- Sağ olun, Əflan müəllim. Deyirlər sizi Baş Prokurorluğa çağırıblar, doğrudur? Yoxsa yalandan yazıblar?
Əflan İbrahimov:
- Bəli, Eldar Sultanov (Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri-red.) çağırmışdı. Getdim. Ümumi suallar verdi. Mən də cavab verdim. Təşkilatdan (Eldar Namazovun rəhbərlik etdiyi EL Hərəkatından-red.) çıxmağımla bağlı qısa şəkildə danışmışam. Amma mən eşitdim siz demisiniz ki, Əflan müəllimin iğtişaşlara adam çağırması haqqında sənədlər var. Mən də dedim ki, əgər varsa, göstərsinlər. Ayaz Mütəllibovun zamanında mitinqlərdə çıxış etmişəm, ola bilər bunu deyirlər. Amma mən dövlətin, dövlətçiyin əleyhinə heç vaxt çıxmamışam.
Eldəniz Quliyev:
- İndi çox şey deyəcəklər, yazacaqlar. Biz dostuq, qardaşıq.
Əflan İbrahimov:
- Eldəniz bəy, dostuq, qardaşıq deyirsiniz. Amma mənim haqqımda belə şeylər danışırsınız.
Eldəniz Quliyev:
- İndi sənin mövqeyin belə olmalıdır ki, denən ki, mən oradan çıxmışam, onların yolunu düzgün hesab etmirəm, nə deyirsən de. Amma iğtişaş məsələsini demə. İğtişaş məsələsi dövləti ittihamdır. Başa düşürsən? O, bizə ağır yükdür. Birincisi, sən onu sübut eləməlisən. İkincisi də ki, durduğumuz yerdə niyə işə düşək axı? Bilirsən ki, mən də, Eldar (Namazov-red.) da, Rüstəm (İbrahimbəyov-red.) də iğtişaşın əleyhinə olmuşuq. Sabitliyi qorumağa çalışmışıq. Biz nə vaxt demişik ki, gəlin xalqa qarşı qarşıdurma edək? Bu söz hansımızınsa ağzından çıxıb?
Əflan İbrahimov:
- Nə siz demisiniz, nə də Rüstəm bəy bunu heç vaxt deməyib. Amma Eldar Namazovla Əli Kərimli bunu deyib.
Eldəniz Quliyev:
- Əli Kərimlinin məsuliyyətini götürmürəm. Amma Eldar heç bir zaman belə bir şey deməyib. Eldarın mövqeyi həmişə yumşaq olub.
Əflan İbrahimov:
- Eldəniz bəy, avqustun 21-də İbrahimbəyovun evində olanda mən dedim ki, gəlin İlham Əliyevin namizədliyini dəstəkləyək. Amma heç kimin səsi çıxmadı.
Eldəniz Quliyev:
- Gülməli şey danışırsan. Eldəniz Quliyev deyə bilər ki, gəlin İlham Əliyevi dəstəkləyək? Kim cavab verməli idi? EL Hərəkatı İlham Əliyevi dəstəkləməlidir?
Əflan İbrahimov:
- İsa Qəmbəri, Əli Kərimli kimi adamları dəstəkləməlidir?
Eldəniz Quliyev:
- EL Hərəkatı İbrahimbəyovu dəstəkləyir.
Əflan İbrahimov:
- Mən İbrahimbəyovla danışdım. Dedi ki, mən gəlməyəcəm.
Eldəniz Quliyev:
- Gəlməyəcəm dedisə, sakitcə papağını götürüb gedəydin.
Əflan İbrahimov:
- Sakitcə götürüb getdim də.
Eldəniz Quliyev:
- Sakit getmisənsə, mənə, öz dostuna qarşı niyə belə edirsən?
Əflan İbrahimov:
- Eldar Namazov orada demədimi ki, İbrahimbəyov aradan çıxdı?
Eldəniz Quliyev:
- Dedi. Amma axı aradan çıxmaq sözünü Rüstəm haqqında demir. Sən qulaq asmadın? Lap tutaq ki, dedi ki, Rüstəm aradan çıxdı. Bu, o deməkdir ki, sən gedəndə deməlisən ki, Eldəniz terroristdir?
Əflan İbrahimov:
- Mən Eldəniz haqqında terrorist demişəm?
Eldəniz Quliyev:
- Elə çıxır da.
Əflan İbrahimov:
- Elə çıxır deməklə olmur axı. Sonra AXCP üzvü Şakir mənə zəng edib deyir ki, burada camaata pul paylanılır. Soros Fondu camaata pul paylayır. Hamı da bilir ki, Soros Fondu çevrilişlərlə məşğul olur. Mən onda nə etməli idim?
Eldəniz Quliyev:
- Sənin əlində sübutlar var ki, Soros Fondundan pul alınıb?
Əflan İbrahimov:
- Yoxdur.
Eldəniz Quliyev:
- Sən bilirsən ki, mən evə gedəndə cibimdə çörəkpulu olmur? Sən onu görmürsən?
Əflan İbrahimov:
- Eldəniz bəy, siz Rüstəm müəllimlə danışdınız ki, təşkilata dəftər, qələm almaq üçün pul lazımdır. O da dedi ki, 5 aydır Eldar Namzova hər ay 20 min pul göndərirəm. Bəs bu pul hardandır?
Eldəniz Quliyev:
- Rüstəmin özü maaş alır. Dünyada tanınmış adamdır. Pulu da var. Rüstəm niyə gedib Sorosdan pul alır?
Əflan İbrahimov:
- Bəs Eldar Namazova pul hardan gəlir?
Eldəniz Quliyev:
- Eldarın pulu olsaydı, ac qalardı? Bunu mənə yox, Eldara sual ver. Sən onu niyə prokurorluğa gedib deyirsən? Mətbuata niyə deyirsən? Yaxşı, sağ ol, sonra danışarıq...
banner

Oxşar Xəbərlər