• çərşənbə axşamı, 16 aprel, 11:16
  • Baku Bakı 14°C

Eldar Namazov özünü reklam edirmiş?

10.02.14 10:44 1379
Eldar Namazov özünü reklam edirmiş?
Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı deyib.
R. Manaflı “El” Hərəkatının sədri Eldar Namazovun qurumdan istefasına münasibət bildirib. Onun sözlərinə görə, E. Namazovun Milli Şuraya qatılmaqda məqsədi özünü reklam etmək olub və bu prosesdən siyasi çəki qazanmaq üçün yararlanıb: “O, Milli Şuradan öz imicini formalaşdırmaq üçün istifadə etdi”.
R. Manaflı E. Namazovun sədri olduğu hərəkatın yalnız adının olduğunu vurğulayıb: ““El” Hərəkatı mövcuddur ki? Necə fəaliyyət göstərir? Hansı qurumu, təşkilatı var? Nə iş görürlər? Atıq bir ildən çoxdur, yaranıblar, ancaq fəaliyyətləri yoxdur. Bu adda hərəkat yoxdur. Yarandı, özlərini reklam etdilər, sonra isə fəaliyyətlərini başqa cür qurmaq istəyirlər”.
banner

Oxşar Xəbərlər