• çərşənbə, 24 Aprel, 00:30
  • Baku Bakı 14°C

Eldar Namazov prokurorluğa çağırıldı

29.08.13 13:15 1383
Eldar Namazov prokurorluğa çağırıldı
Demokratik Qüvvələrin Milli Şurasının icra aparatının rəhbəri, “EL” hərəkatının lideri Eldar Namazov avqustun 29-da saat 15:00-a Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İdarəsinə çağırılıb.
“Çağırış “EL” hərəkatının keçmiş üzvü Əflan İbrahimovun bəyanatı ilə əlaqədardır. Bəyanatda bildirilir ki, guya Milli Şura kütləvi iğtişaşlar hazırlayır. Məni müstəntiq Orxan Dəmirli bununla bağlı ifadə verməyə çağırıb”, - E.Namazov Turan-a bildirib. O, bu cür fikirləri “absurd” adlandıraraq qeyd edib ki, vəkilin köməyinə ehtiyacı yoxdur. E. Namazov Ə. İbrahimovun bəyanatını şərh edərkən bildirib ki, o, “EL” təşkilatından xaric edilib. Belə ki, onun hakimiyyətin agenti olması və onun əli ilə təxribatın hazırlanması barədə məlumat əldə edilib. Məhz bu səbəbdən də o, Milli Şuraya qəbul edilməyib.
banner

Oxşar Xəbərlər