• çərşənbə axşamı, 16 aprel, 12:10
  • Baku Bakı 19°C

Eldar Namazov Cəmil Həsənlinin görüşünə gəlmədi

09.01.14 13:39 1405
Eldar Namazov Cəmil Həsənlinin görüşünə gəlmədi
Bu gün Milli Şuranın sədri Cəmil Həsənli qurumda təmsil olunan partiyaların sədrləri ilə görüş keçirib.
APA-nın verdiyi məlumata görə, ACXP-nin qərargahında keçirilən görüşdə AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, ACP sədri Sülhəddin Əkbər iştirak ediblər. C. Həsənli dünən APA-ya açıqlamasında “El” Hərəkatının sədri Eldar Namazovun da görüşə qatılacağını bildirsə də, E. Namazov görüşdə iştirak etməyib.
Görüşdə Milli Şuranın sessiyasının çağırılması barədə razılaşma əldə etmək mümkün olmayıb.
S. Əkbər görüşdən sonra APA-ya açıqlamasında deyib ki, ölkədəki və müxalifət daxilindəki durumu müzakirə ediblər. Onun sözlərinə görə, görüşdə Milli Şuranın sessiyasının çağırılmasına qədər təsisçi partiyalarda yaranmış vəziyyətin müzakirə olunması məqsədə uyğun sayılıb: “Sessiyanın vaxtı müəyyənləşmədi. Qərara alındı ki, mümkün olan ən qısa vaxtda partiyalar daxilində müzakirələr yekunlaşsın”.
M. Mirəlioğlu da APA-ya açıqlamasında görüşdə müxalifət daxilindəki durumun dəyərləndirildiyini bildirib.
C. Həsənli APA-ya açıqlamasında müzakirələrin davam edəcəyini söyləyib: “Bu günlər ərzində bu müzakirələr davam edəcək. Milli Şuranın sessiyasının dəqiq tarixi isə məlum deyil. Sessiya gələn həftənin əvvəllərində çağırılacaq”.
banner

Oxşar Xəbərlər