• cümə axşamı, 02 may, 02:08
  • Baku Bakı 15°C

Eldar Mahmudovun sağ əli "Akula Akif" İspaniyada həbs edilib?

28.10.16 18:10 804
Eldar Mahmudovun sağ əli "Akula Akif" İspaniyada həbs edilib?
"Akula Akif” ləqəbi ilə məşhur olan Akif Mustafayevi 10 gün bundan qabaq saxlanılıb.

XəbəriLent.az-a açıqlamasında Akif Mustafayevin vəkili Abbas Atakişiyev də təsdiqləyib.

Vəkil bildirib ki, Akif Mustafayev 10 gün bundan qabaq İspaniya polisi tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. Lakin məhkəmə ona verilən ittihamın təsdiqini tapmadığını əsas gətirərək A.Mustafayevi azadlığa buraxıb.

----------
18:06

APA-nın İspaniyanın "lavanguardia.com” saytına istinadən məlumatına görə, "Akula Akif” ləqəbi ilə tanınan Akif Mustafayev İspaniyanın Loret-de-Mar şəhərində saxlanılıb.

Saytın yazdığına görə, o, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov üçün biznesmendən 285 min dollar alınmasında təqsirli bilinir.

Hazırda Akif Mustafayevin Azərbaycana ekstradisiya olunması istiqamətində iş aparılır.

Qeyd edək ki, A. Mustafayev E. Mahmudovun ən yaxın adamlarından olub. O, "MTN işi”ndə adı keçdiyi üçün ölkədən qaçıb.

Azərbaycan hüquq-mühafizə orqanları A. Mustafayevi rüşvətxorluqda təqsirli bilərək barəsində İnterpol xətti ilə axtarış elan edib.

A. Mustafayev E. Mahmudovun "sağ əli" sayılırdı.
banner

Oxşar Xəbərlər