• cümə axşamı, 25 aprel, 16:55
  • Baku Bakı 23°C

Eldar Mahmudov Nikolay Patruşevlə görüşüb

12.05.15 11:46 797
Eldar Mahmudov Nikolay Patruşevlə görüşüb
Azərbaycanın milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi ordu generalı Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsindən APA-ya verilən məlumata görə, görüşdə Eldar Mahmudov möv­cud əməliyyat şəraiti və ona təsir göstərən amillər, o cümlədən transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, xüsusilə beynəlxalq aləm üçün ən təhlükəli cinayətlərdən olan terror­çu­luqla mübarizə sahəsində görülən işlər və digər aktual məsələlər haqqında danışıb.
Təhlükəsizlik məsələləri ilə əlaqədar qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi zərurətini önə çəkən general-polkovnik Eldar Mahmudovqonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional sabitlik üçün yaratdığı təhdidlər, problemin hələ də həllini tapmamasından irəli gələn fəsadlar barədə ətraflı məlumat verib.
Nikolay Patruşev Rusiya və Azərbaycan arasında çoxəsrlik tarixi-mədəni, dostluq və tərəfdaşlıq əlaqələrinin olduğunu vurğulayıb, hər iki xalqın mənafelərinin, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması naminə ölkələrimizin aidiyyəti strukturları, o cümlədən xüsusi xidmət orqanlarının əməkdaşlıq münasibətlərinin dinamik inkişafını qeyd edib.
İşgüzar şəraitdə keçən görüşdə maraq doğuran bir sıra digər məsələlərə də dair fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər