• çərşənbə axşamı, 23 aprel, 12:16
  • Baku Bakı 24°C

Eldar Həsənov və Abbas Abbasov suallardan qorxur

16.08.13 13:52 2047
Eldar Həsənov və Abbas Abbasov suallardan qorxur
Son zamanlar mətbuatda Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov və Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos) Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun Milli Şura ilə təmasları haqqında məlumatlar yayılır. Xüsusilə onların Milli Şuranın sədri Rüstəm İbrahimbəyova və qurumun icra aparatının rəhbəri Eldar Namazova dəstək göstərməsi iddia olunur.
Birincisi, bildirilir ki, son dövrlər “Milli Şura”nın prezidentliyə vahid namizədi kimi Rüstəm İbrahimbəyov hakimiyyət əleyhinə radikal çıxışlar edərək ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışır. Adı çəkilən şəxslər isə dolayısı ilə onun hərəkətlərinə dəstək verirlər.
İkincisi, qeyd edilir ki, Azərbaycanda ictimai sabitliyi pozmaq üçün bəzi xarici dairələr tərəfindən Milli Şuraya küllü miqdarda vəsait ayrılıb və həmin vəsait Eldar Namazovun nəzarətindədir. Eldar Həsənov və Abbas Abbasovun isə maliyyələşmə məsələsində tövsiyələri ilə, əlaqələndirici kimi və ya digər formada müəyyən rol oynadığı deyilir.
Üçüncüsü, sosial şəbəkələrdə Söyün Sadıqovun Milli Şuraya maliyyə yardımı göstərməsi, o cümlədən həmin qurumun avqustun 18-də keçirilməsi planlaşdırılan mitinqə küllü miqdarda maliyyə yardımı etməsi vurğulanır. A.Abbasov və E.Həsənovun da S.Sadıqovla əlaqələrinin olduğu sirr deyil. Lakin onlar bu məsələyə hər hansı münasibət bildirməyiblər.
“Olaylar” hər üç məsələyə münasibət öyrənmək üçün Eldar Həsənov və Abbas Abbasovla əlaqə saxlamağa çalışsa da, hər hansı nəticə əldə etmək mümkün olmayıb.
Ümid edirik ki, sualları açıq şəkildə verdikdən sonra həmin şəxslərin münasibətini müəyyənləşdirmək mümkün olacaqdır.
banner

Oxşar Xəbərlər